Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:31

Vaksinlərin ‘yaxşısı-pisi’ niyə həm də siyasi məsələdir?


Honq Konqda aparılmış araşdırmanın nəticələri göstərirb ki, COVID-19-a qarşı BioNTech vaksini ilə peyvəndlənmiş adamlarda Çinin Sinovac vaksini ilə peyvəndlənmiş adamlardan 10 dəfə artıq antism yaranır.

Honq Konq Universitetinin 1442 tibb işçisinin vaksinlənmə tarixçəsi əsasında apardığı tədqiqatın nəticəsi iyulun 15-də Lancet Microbe jurnalında dərc olunub.

Amma alimlər bunu da bildirirlər ki, vaksinin hər hansı xəstəliklə mübarizədəki uğuru təkcə anticismlərin sayı ilə müəyyən edilmir.

Bununla belə, tədqiqatçıların fikrincə, bu araşdırma ümumilikdə müxtəlif vaskinlərin effektivliyi arasında fərq olduğunu nümayiş etdirib.

Tədqiqatçıların gəldiyi nəticəyə görə, Sinovac təxminən koronavirusa yoluxmuş və xəstəliyə üstün gəlmiş adamlarda olan qədər anticism yaradır.

Sinovac-dan da istifadə davam etdirilməlidir

AFP agentliyi yazır ki, bu araşdırmadan əvvəl də başqa təhlillər ilk dəfə istifadə olunan mRNA texnologiyası ilə istehsal olunmuş BioNTech və Moderna kimi vaksinlərin COVID-19-dan daha effektli qoruduğunu göstərib.

Bu da qeyd olunur ki, klassik vaksinlər ucuz başa gəlir və onların daşınması daha asandır. Bu vaksinləri daha yoxsul ölkələrin hökumətləri üçün cazibədar edən də elə budur.

Sözü gedən tədqiqatın müəlliflərindən biri - epidemioloq Ben Koulinq deyib ki, başqa vaksinlərin əlçatan olmadığı ölkələrdə Sinovac vaksinindən istifadə davam etdirilməlidir.

Alim AFP agentliyinə deyib ki, köhnə metodlarla hazırlanmış vaksinlər də yüz minlərlə insan həyatını xilas edib.

Ekspertlər bunu da əlavə edirlər ki, klassik vaksinlə peyvənd olunanlar mümkün qədər tez gücləndirici doza da vurdurmalıdırlar.

Lakin onlar “mümkün qədər tezin” vaxtını hələki bilmədiklərini deyirlər.

BioNTech vaksinini tərifləyəni qovublar

Agentlik bildirir ki, Honq Konq Universiteti SARS-ın ilk varinatı yaranandan, yəni 2003-cü ildən bəri koronavirusların öyrənilməsi sahəsində dünya liderlərindən biridir.

Bu şəhərdə hazırda həm Almaniya istehsalı BioNTech, həm də Sinovac vaksinindən istifadə olunur.

Honq Konqun 7.5 milyon əhalisinin yalınız 28 faizi vaksinlənib. Burada 2.6 milyon doza BioNTech, 1.8 doza Sinovac vurulub.

AFP yazır ki, vaksinasiya kampaniyasının başlanğıcında Honq Konqun pekinyönlü rəhbərliyi yekdil olaraq seçimi milli istehsaldan olan Sinovac vaksinin xeyrinə etmişdi.

BioNTech vaksininin Sinovac-dan effektli olduğunu deyən bir həkimi vaksinasiya proqramından qobvmuşdular.

Amma indi şəhərin aparıcı epidemioloqları üstünlüyü BioNTech-ə verirlər və bunu açıq bəyan etməkdən çəkinmirlər.

XS
SM
MD
LG