Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 09:18

'Sanki subsidiyanı əlləri əsə-əsə verirlər'


Azərbaycanın Rusiya buğdasından asılılığı nə vaxt bitəcək?
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Azərbaycanın Rusiya buğdasından asılılığı nə vaxt bitəcək?

Sentyabrın 16-da Baş nazir Əli Əsədov unun qiymətinin artmasının qarşısını almaq məqsədilə qərar imzalayıb. Bununla da o, əslində bu il fevralın 16-da verdiyi "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərarına dəyişiklik edib.

Əvvəlki qərarda un istehsalçılarına hər tona görə 35 manat subsidiya verilməsi nəzərdə tutulurdu. Bu uzadılıb. Üstəlik, un məmulatlarının istehsalı ilə məşğul olan şəxslərə subsidiyalar limitli olacaq. Yəni, qiymət hər ton üçün 520 manatı keçərsə, subsidiya kəsiləcək.

Artıq bir neçə gündür ki, bəzi çörək istehsalçıları məhsullarının qiymətlərini 5-10 qəpik artırıblar. Bu qərar un məmulatlarının qiymətlərinin artmasını dayandıra bilərmi?

V.Bayramov
V.Bayramov

"Verilən qərarın məqsədi…"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Turan"a bildirib ki, məqsəd dünya bazarında buğdanın qiymətində artımların ölkə daxilində çörək və başqa un məmulatlarına təsirlərini minimumlaşdırmaqdır: "Un istehsalçısının, ölkədaxili xərclər daxil olmaqla, marjası bu qiymətin 25 faizi, yəni, 130 manat müəyyən edilib. Subsidiyaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni, 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq. Alınan fərq subsidiya formasında un istehsalçılarına ödəniləcək".

Deputat qeyd edib ki, məhsul göstərilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

"Unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq"

O habelə vurğulayıb ki, bu qərarda məqsəd un istehsalçılarına subsidiya verməklə onların xərclərini azaltmaq və bununla da çörəyin qiymətindəki artımların qarşısını almaqdır: "Subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Nazirlər Kabinetinin qərarı növbəti qiymət artımının qarşısını almaq üçün müəyyən dərəcədə kömək ola bilər: "İndi isə qiymətlər hansı səviyyədədirsə onların aşağı düşməsi bundan sonra mümkünsüz görünür. Çünki buğda və un dünya bazarlarında da, ətraf ölkələrimizdə də həddindən artıq bahalaşır. İxrac rüsumlarının artmasını da görürük, həm Rusiyada, həm də Ukrayna və Qazaxıstanda".

N.Cəfərli
N.Cəfərli

"Yetərli deyil"

Onun sözlərinə görə, Nazirlər Kabinetinin verdiyi qərar bundan sonrakı kəskin qiymət artımının qarşısını almaq üçün verilsə də, bu, yetərli deyil: "Çünki un istehsalçıları faktiki olaraq çox da ciddi dəstək almayacaqlar. Bu qərar onların bundan öncə aldıqları subsidiyaların davamı ilə bağlıdır. Bundan öncə də onlar satılan unun hər tonuna görə təqribən 35 manat subsidiya alırdılar. Bu subsidiyalar fevral-may ayları üçün nəzərdə tutulmuşdu. Yayda onlar dayandırılmışdı və indi ilin sonuna kimi uzadıldı".

İqtisadçının fikrincə, 35 manat subsidiyalar yetərli deyil: "Əgər dünya bazarlarında qiymətlər əvvəlki kimi, yəni daha aşağı olsaydı və Azərbaycan daxilində də normal keyfiyyətli buğda istehsalı təmin olunsaydı, bu məbləğ az deyil. Amma indiki şəraitdə bu, azdır".

N.Cəfərli vurğulayıb ki, subsidiyaların verilməsi ilə bağlı qərarın hər iki-üç aydan bir uzadılması da vacib bir amillə bağlıdır: "Hökumət gözləyir ki, birdən dünya bazarlarında taxılın qiyməti düşər və onlar da uzunmüddətli qərar versələr, boş yerə subsidiya vermiş olarlar. Sanki subsidiyanı əlləri əsə-əsə verirlər. Elə ona görə də bu qərarı hər iki-üç aydan bir uzada-uzada gedirlər".

XS
SM
MD
LG