Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:00

Türkiyə Azərbaycandan 11 milyard kubmetr qaz alacaq


Arxiv fotosu

“Reuters” yazır ki, bu il Türkiyənin illik cəmi 16 milyard kubmetr qaz idxalı ilə bağlı dörd kontraktının vaxtı bitir

Türkiyə Azərbaycanla üç illik, 11 milyard kubmetr qaz alınması üzrə saziş imzalayıb və əlavə təbii qaz təchizatını təmin etmək yönündə “ciddi” irəliləyiş əldə edir. Bunu Enerji naziri Fateh Dönməz bu gün – oktyabrın 15-də deyib.

“Reuters” yazır ki, Türkiyənin bu il təbii qaza rekord tələbatı onu alış müqavilələrini sürətləndirməyə vadar edir.

Dönməzin sözlərinə görə, 11 milyard kubmetr qaz 2024-cü ilin sonunadək Bakı-Tbilisi-Ərzurum kəmərilə çatdırılacaq. O, Türkiyənin enerji problemi ilə üzləşməsi haqda deyilənləri rədd edib.

“Qış yaxınlaşır, təbii qaza tələbatda mümkün artımı qarşılamaqdan ötrü danışıqlar müsbət tempdə irəliləyir”, – o, yazılı bəyanatda deyib.

“Bizim qaz tədarük etdiyimiz ölkələrin hakim orqanları Türkiyəyə göndərilən qazın həcmini artıracaqlarını deyiblər”, – deyə nazir Azərbaycanla sazişə istinad edib.

Avropada ən böyük qaz idxalçılarından olan Türkiyə, Rusiya, İran və Azərbaycan qazından, eləcə də Nigeriya və Əlcəzairdən mayeləşdirilmiş təbii qaz (LNG) idxalından və nağd əmtəələr bazarından asılıdır.

“Reuters” yazır ki, bu il Türkiyənin illik cəmi 16 milyard kubmetr qaz idxalı ilə bağlı dörd kontraktının vaxtı bitir.

Azərbaycandan Türkiyəyə “Şahdəniz-1” layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu il aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra qazın nəqli dayandırılmışdı.

XS
SM
MD
LG