Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 08:31

Ermənistan spikeri əsir və itkin valideynlərini qəzəbləndirib


Parlamentin qarşısında 8 dekabr etirazı

Dekabrın 7-də yayılmış videoda Alen Simonyanın əsirlər barədə qeydləri səslənib: “Bilirsiniz bu adamlar kimdir?.. Bunlar silahlarını atıb qaçıblar...”

Dekabrın 8-də Yerevanda Milli Məclisin binası qarşısında gərginlik yenidən artıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, əsirlərin və itkinlərin yaxınları və qohumları Baqramyan keçəsini bağlayıblar.

Polis küçəni aça bilib və saxlananların olduğu xəbər verirlir.

Səhər saatlarından Milli Məclisin qarşısına toplaşanlar parlamentin spikeri Alen Simonyanla görüş tələb edirlər.

Onlar spikerin əsirlər barədə bəyanatına izahat verməsini istəyirlər.

Dekabrın 7-də yayılmış videoda Alen Simonyanın əsirlər barədə qeydləri səslənib:

“Bilirsiniz bu adamlar kimdir?.. Bunlar silahlarını atıb qaçıblar...”

Həmin videoda spiker daha sonra sözünə belə davam edib:

“Əgər bu əsirlərə görə Süniki itirsək, mən Sisyanı itirsəm, üzr istəyirəm, bəlkə də pis çıxır, düzgün çıxmır, mən hesab edərəm ki, bu əsirlər artıq yoxdur”.

Azatutyun yazır ki, Alen Simonyandan xəbərsiz çəkilmiş bu video Telegram-kanallardan birinə yerləşdirilib.

Bu bəyanatdan qəzəblənən əsir valideyləri bildirirlər ki, onlar bir ildən artıq müddətdə oğullarını gözləyirlər, amma indi onları fərari adlandırırlar.

Hamılıqla görüş tələb edirlər

Azatutyun yazır ki, əsir və itkin valideynləri ilə hakim “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Qurgen Arsenyan görüşüb.

O deyib ki, hərbi nizamnamənin müvafiq maddələrində fərarinin nə demək olduğu izah edilir və kiməsə belə bir qiyməti yalnız müvafiq araşdırma verə bilər.

Deputat izah edib ki, heç bir dövlət məmuru əsirlərin qaytarılması öhdəliyindən boyun qaçıra bilməz, amma bu çox mürəkkəb məsələdir:

“Mən siyasi çoxluğun deputatıyam, siyasi komanda üzvüyəm, hakimiyyət nümayəndəsiyəm və burda sizin qarşınızda deyirəm ki, biz əlimizdə olan vasitələrdən maksimum istifadə edirik. Əgər siz hesab edirsinizsə ki, bizim vasitələrimizə nə isə əlavə etmək olar və ya biz nəyisə bilmirik, yanılırıq, eləmədiyimiz nəsə yenə varsa, siz təkliflərinizi bizə qapalı görüşlər şəraitində verə bilərsiniz”.

Etiraza toplaşanlar hakimiyyəti zəiflikdə ittiham edir və bildirirlər ki, 44 günlük müharibədən sonra onların başını yalnız vədlərlə aldadırlar.

Azatutyun bildirir ki, Alen Simonyanın mətbuat katibi ilə əlaqə saxlayıb.

Tsvinar Xaçatryan deyib ki, spiker etirazçıların nümayəndələri ilə görüşməyə hazırdır, amma onlar hamılıqla görüş tələb edirlər.

XS
SM
MD
LG