Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:53

Dövlətdən alırlar, vergi güzəştləri var, bəs xeyirləri...


Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında. 2017

Oktyabrın 4-də prezident İlham Əliyev Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması ilə bağlı fərman imzalayıb. Sənəddə yazılıb ki, işğaldan azad olunan Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin, əsasən, düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şərait yaradır. Sənaye parkına büdcədən ilkin olaraq 500 min manat ayrılıb.

Yeddi oldular...

Azərbaycanda hazırda beş sənaye parkı fəaliyyət göstərir. Dövlət başçısının bu ilin mayında imzaladığı fərmanla altıncı - Ağdam Sənaye Parkı da yaradılıb.

Hökumət kəndlidən məhsul ala bilər - yeni şərtlər açıqlanır
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

"Bu da 45 faiz çoxdur"

İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, sənaye parklarında 2021-ci ilin birinci yarım illiyində 841 milyon manatlıq məhsul istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çoxdur: "Həmçinin, 2020-ci ilin birinci yarısında sənaye parklarının rezidentləri tərəfindən 195 milyon manatlıq məhsul ixrac olunmuşdusa, cari ilin eyni dövründə 270 milyon manatlıq ixrac həyata keçirilib".

Qeyd olunub ki, bu ilin altı ayında sənaye parklarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 12.2, qeyri-neft sənayesi məhsullarının ixracında isə 22 faiz təşkil edib: "Sənaye parkları üzrə qoyulmuş investisiyaların sənayenin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 2021-ci ilin birinci yarısında 13.4 faiz olub".

T.Mirkişili
T.Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də agentliyə deyib ki, Azərbaycanda sənaye sahələri Ümumi Daxili Məhsulun 35 faizini təşkil edir: "Ölkəmizdə hazırda altı sənaye parkı və beş sənaye məhəlləsi var. Təkcə son üç ildə bu parklarda 2.7 milyard manatlıq məhsul istehsal olunub. Bunun da təxminən 760 milyon manatı ixrac olunub".

9.3 min iş yeri

Komitə sədrinin sözlərinə görə, hazırda bu parklarda 9 min 300 insan çalışır: "Son üç il ərzində bu 9 min 300 insana sənaye parklarının rezidentləri tərəfindən 320 milyon manat maaş ödənilib. Yəni, bu parkların sosial həyatda əhəmiyyəti kifayət qədər böyükdür".

T.Vəliyev
T.Vəliyev

"Bu isə heç bir effekt verməyəcək"

İqtisadçı Toğrul Vəliyev isə AzadlıqRadiosuna bildirib ki, sənaye parkları ilə bağlı vəziyyət fərqlidir. O əlavə edib ki, Sumqayıt Sənaye Parkının tərkibində olan müəssisələr Sumqayıtda vaxtilə yerləşmişdi: "Sonra orada infrastruktur olduğu üçün bərpa ediblər və bunu Sənaye Parkı kimi nümayiş etdirirlər. Bu isə heç bir effekt verməyəcək. Hətta sənaye parklarının fəaliyyəti ilə bağlı ötən ilin əvvəlində məlumatlar var idi. Onda fəaliyyətlərinin qənaətbəxş olmadığı göstərilmişdi".

Onun sözlərinə görə, yeni açılan sənaye parkının öz məqsədi və təyinatı var: "Ağdam Sənaye Parkının məqsədi sənayedirsə, Cəbrayılda daha çox logistika və nəqliyyata istinad edilir. Məqsəd isə həmişə əsaslandırılmalıdır və ictimailəşdirilməlidir. Amma təəssüf ki, biz bu parklarının iqtisadi əsaslandırılmasını görməmişik. Bu, park olmasaydı, daha bir müəssisə olsaydı, fərqi nə olacaqdı?".

Sahibkar: 'Rasim Məmmədovun qoçuları zavodumu əlimdən aldılar'
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

"…Onların məqsədi vergi güzəştindən istifadə etməkdir"

İqtisadçı deyir ki, bəzi müəssisələr Bakıda fəaliyyət göstərirlər, sadəcə, hüquqi ünvanları sənaye parkının ərazisidir deyə, vergidən qaçmaq üçün gəlirlərini parka aid edirlər: "Parklarda fəaliyyət göstərən şirkətlər daha çox dövlətlə bağlı və ya dövlət şirkətlərdir. Bir çox hallarda onların məqsədi vergi güzəştindən istifadə etməkdir".

Bu fikirlərə, hələlik, parklarda təmsil edilən şirkətlərdən və cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG