Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Putin deyib ki, Əfqanıstnda 2000-dək İŞİD üzvü var


Vladimir Putin MDB-nin virtual sammitində

Bu həftənin əvvəllərində Putin İraq və Suriyada İD-lə bağlılığı olan veteran döyüşçülərin Əfqanıstana keçdiyi barədə xəbərdarlıq etmişdi

Rusiya prezidenti Vladimir Putin deyib ki, İslam Dövləti ekstremist təşkilatının hazırda Əfqanıstanda 2000-dək döyüşçüsü var.

Moskva gələn həftə Əfqanıstandakı vəziyyətlə bağlı beynəlxalq konfransa ev sahibliyi etməyə hazırlaşır.

Rusiya prezidenti deyib:

"Bizim kəşfiyyatımızın məlumatına görə təşkilatın (İD-red) təkcə Əfqanıstanın şimalında 2000-dək üzvü var”.

Putin bu məlumatı oktyabrın 15-də MDB ölkələrinin sammitinə video müraciətində verib.

Rusiya liderinin iddiasına görə İD döyüşçüləri qaçqın qiyafəsində Mərkəzi Asiyanın keçmiş sovet respublikalarına keçməyi və orada dini və etnik sabitlıiyi pozmağı planlaşdırırlar.

Putin bundan başqa heç bir təfərrüat verməyib.

Moskva danışıqları

Bu həftənin əvvəllərində Putin İraq və Suriyada İD-lə bağlılığı olan veteran döyüşçülərin Əfqanıstana keçdiyi barədə xəbərdarlıq etmişdi.

Rusiya Xarici İşlər Nazirliyi Talibanı bu təhlükə barədə tədbir görməyə çağırmışdı.

Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov oktyabrın 15-də deyib ki, gələn həftə keçiriləcək danışıqlarda Əfqanıstanda dəyişən vəziyyətə bir mövqedən reaksiya verilməsi məsələsi müzakirə olunacaq.

Kabulov bunu da bildirib ki, oktyabrın 19-da keçiriləcək danışıqlara Birləşmiş Ştatlar, Çin və Pakistanın da nümayəndələri qatılacaq. Taliban və başqa regional oyunçuların tədbirə bir gün sonra qoşulacağı gözlənilir.

Putinin nümayəndəsi deyib ki, Taliban öz nümayəndə heyətinin tərkibi haqqında hələ heç nə deməyib.

Kabulov bildirib ki, Moskva bu danışıqlarda konkret nəyinsə həll olunacağını gözləmir, amma bütün hallarda şikayətlərini açıq şəkildə Talibanın nümayəndə heyətinə bildirəcək.

Putin Mərkəzi Asiyadan narahartdır

Avqustun ortalarında Əfqanıstanda hakimiyyəti beynəlxalq aləmdə tanınan hökumətdən qəsb etmiş Taliban hazırda diplomatik tanınma üçün cəhdlər göstərir.

Taliban başa düşür ki, iqtisadiyyatı bərbad halda olan ölkənin beynəlxalq dəstək olmadan yaşaması çətin olacaq.

Taliban hakimiyyəti ələ keçirdikdən sonra Moskva islamçı yaraqlıların Mərkəzi Asiyanın keçmiş sovet respublikalarına soxula biləcəyindən narahatlıq bildirmişdi.

Rusiya Mərkəzi Asiyanı özünün nüfuz dairəsi hesab edir və burada, xüsusən də Tacikistanda bir neçə hərbi bazaya malikdir.

Putin oktyabrın 15-də deyib ki, hazırda Talibanın tanınması üçün təcili ehtiyac görmür, amma bu ölkə ilə təmasda olmağın mühümlüyünü dərk edir.

Moskva 1980-ci illərdə Əfqanıstana hərbi müdaxilə edib. Bu müharibədə 2 milyonadək əfqan öldürülüb, daha 7 milyon insan evlərindən didərgin düşüb.

SSRİ müharibədə 14 min hərbçisini itirmişdi.

XS
SM
MD
LG