Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 06:34

Karantinlə bağlı qərara dəyişiklik edilib


Hökumət binası

İyulun 26-da Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib. Yeni dəyişikliyə görə, yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasportu tələb ediləcək

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alanlardan COVID-19 pasportunun olması tələb ediləcək

Bu gün, iyulun 26-da Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Nazirlər Kabinetinin məlumatına görə, 2021-ci il sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir:

1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

3. ...bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;

2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

Qərar dəyişikliyə əsasən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

1. ictimai iaşə müəssisələrində;

2. mehmanxanalarda;

3. iri ticarət mərkəzlərində.”

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantin rejimidir.Bu rejim yoluxma sayından asılı olaraq bu müddət ərzində zaman-zaman ya sərtləşdirilib, ya da yumşaldılıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən isdtifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 4,5 milyon, hər iki mərhələdə isə 1,9 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5006-nın vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG