Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:17

Azərbaycanda 5 giqabaytlıq film neçə saata yüklənir


Azərbaycan internetin sürəti ilə bağlı hədəfinə çatmayıb
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

Azərbaycan internetin sürəti ilə bağlı hədəfinə çatmayıb

İlk üçlüyə gəlincə, Cersidə internetin sürəti 274Mbps, Lixtenşteyndə 211Mbps, İslandiyada 191Mbps-dir

Türkmənistanda istifadəçilər bir günə bir film yükləyə bilir. Bu Orta Asiya ölkəsi dünyada internetin sürəti reytinqində siyahının dibindədir.

Cable.co.uk təşkilatı dünyada genişzolaqlı internetin sürətilə bağlı hesabatında bildirir ki, 2021-ci ildə Türkmənistan 0.50Mbps sürətlə 224 ölkə içində ən aşağı yeri tutub. 5 gigabaytlıq filmin internetdən yüklənməsi 22 saat 34 dəqiqə çəkib.

Peyk interneti Azərbaycanda nə qədər əlçatandır?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Berdiməhəmmədovun niyyəti

Bu sürət Türkmənistanın Yəmən, Cənubi Sudan, Somali və Əfqanıstandan belə geridə qalmasına səbəb olub.

Prezident Qurbanqulu Berdiməhəmmədov ölkəni sərt şəkildə idarə edir, narazılara dözümsüz yanaşır, iqtisadi böhran içində olan ölkəsini dünyadan təcrid edib.

Hökumət son illər əhalinin informasiyaya çıxışına nəzarəti gücləndirib. Məqsəd isə iqtisadi çətinliklər haqda informasiyanın Türkmənistandan çıxmasını önləməkdir.

İnternetin sürətinə görə hazırda MDB üzvləri olan 11 keçmiş sovet respublikasından Rusiya öndədir – 35.73Mbps ilə ümumi siyahıda 66-cıdır. Ukrayna 25.26Mbps sürətlə 77-ci, Belarus 19.86Mbps sürətlə 92-ci olub.

Qazaxıstan 5.83Mbps sürətlə 173-cü, Tacikistan 1.82Mbps sürətlə 211-cidir.

İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Azərbaycan və qonşuları

Hesabata görə, Azərbaycanda internetin sürəti 6.63Mbps-dir və 167-ci yerdə qərarlaşıb. 5 giqabaytlıq filmi 1 saat 42 dəqiqəyə yükləməyin mümkün olduğu bildirilir.

Amma bu rəqəmin özünə də ölkədə tənqidçilər birmənalı yanaşmırlar. Çünki özəlliklə paytaxt Bakıdan kənarda yaşayanlar internetin sürətinin günün bəzi saatlarında hətta 1Mbps-dan aşağı olduğunu deyirlər.

Qonşulardan Ermənistan 18Mbps ilə 101-ci, Gürcüstan 13Mbps ilə 112-cidir.

160-cı yerdə olan İranda internetin sürəti 7 Mbps, 124-cü olmuş Türkiyədə isə 11Mbps-dir.

Avropa

Üç keçmiş sovet respublikası, hazırda Avropa Birliyi və NATO-nun üzvləri olan Estoniya, Latviya və Litva internetin sürətinə görə dünyada ilk 40 ölkə sırasındadır. Estoniya 84.72Mbps sürətlə 22, Latviya 63.28Mbps-lə 33-cü, Litva isə 56.17Mbps-lə 37-ci olub.

İlk üçlüyə gəlincə, Cersidə internetin sürəti 274Mbps, Lixtenşteyndə 211Mbps, İslandiyada 191Mbps-dir.

Cersidə 5 giqabaytlıq filmi 2 dəqiqə 29 saniyəyə yükləmək olar.

Cable.co.uk bildirir ki, bu reytinq iyunun 30-dək 12 ay ərzində aparılan 1.1 milyarddan artıq sürət testi əsasında tərtib olunub.

“Siyahının dibində yer alan ölkələr aşırı aşağı sürətdən əziyyət çəksələr də, 2021-ci ilin rəqəmləri vəziyyətin ümumilikdə yaxşılaşdığını göstərir”, – hesabatda deyilir.

XS
SM
MD
LG