Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 17:00

Göyçaylılar: 'Məhsulumuz batır'


Ləkçılpaqda etiraz

Mayın 25-də Göyçay rayonu Ləkçılpaq kəndinin sakinləri etiraz aksiyası keçirməyə cəhd edib.

Kənd sakinlərin sözlərinə görə, onlar yetişdirdikləri pomidorlarını sata bilmirlər: "Dekabr ayında cənab prezident demişdi ki, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Amma bu gün kəndçi pomidorun 1 kiloqramını 20 qəpiyə də sata bilmir. Vaqonları bağlayıb deyirlər ki, mal ancaq yük maşını ilə getməlidir. Yük maşını da 4 min 500 dollara gedir, 6 min dollar da əlavə dəyər vergisi alırlar. Kimə sataq malımızı? Camaat bankdan kredit alıb. Bizə bir yol açsınlar. Məhsulumuz batır".

Göyçay rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.

"Turan"ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətində olan məsələdir: "Məhsulun ixracı məsələsi Kənd Təsərrüfatı Nazirliyindən alınıb verilib Qida Təhlükəsizliyi Agentliyinə".

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG