Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:02

Fermerlərin xərci artıb…


Hökumət kəndlidən məhsul ala bilər - yeni şərtlər açıqlanır
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Hökumət kəndlidən məhsul ala bilər - yeni şərtlər açıqlanır

Azərbaycanda payız əkini başlayıb. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə bildirib ki, əkin subsidiyası üçün payızlıq əkinlərini dekabrın sonuna kimi bəyan etməlidirlər. Bu, subsidiyaların gələn ilin ilk aylarında ödənilməsinə imkan yaratmalıdır.

Bu ilin əvvəli isə ölkədə dizel yanacağının qiyməti 30 faizdən çox bahalaşıb. Bundan sonra rəsmilər fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarının artıracağını bəyan etmişdilər. Amma sentyabr ayından pambıq, tütün və şəkər çuğunduruna görə əkin subsidiyalarının ləğvi ilə bağlı qərar qəbul olundu. İndi həmin bitkilərlə bağlı yalnız məhsul subsidiyası ayrılmalıdır. Üstəlik də, prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Göyçayda etiraz edən fermerlər nə tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, prezident İ.Əliyevin fərmanına əsasən, aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb: "Sistemdə artıq 580 min 689 fermer qeydiyyatdan keçib. Fermerlər aqrar subsidiyalarını da artıq EKTİS üzərindən alırlar".

"3 min 656 fermer-sahibkara 56.3 milyon manat…"

Qurumdan qeyd olunub ki, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb: "Təkcə bu ilin yanvar-sentyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 66 rayonda 3 min 656 fermer-sahibkara 56.3 milyon manat güzəştli kredit verilib. Bunun 32.9 milyon manatını texnika və avadanlıq təyinatlı kreditlər, 0.3 milyon manatını damazlıq təyinatlı kreditlər, 2.3 milyon manatını orta-irihəcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 20.9 milyon manatını isə mikrokreditlər təşkil edib".

Vurğulanıb ki, 2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib. Həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

V.Məhərrəmli
V.Məhərrəmli

"Fermerlərə subsidiyalar avans şəklində verilməlidir"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin isə AzadlıqRadiosuna deməsinə görə, fermerlərin problemi öz həllini illərdir ki, tapmır: "Problem ilk növbədə su çatışmazlığı ilə bağlıdır. Digər problem isə ölkəyə gətirilən pestisidlərin, mineral gübrələrin standartlara uyğun olmamasıdır".

Onun fikrincə, fermerlərə subsidiyalar avans şəklində verilməlidir: "Fermerlərə aqrotexniki qaydalara əməl etmələri üçün maliyyə resursu lazımdır. Bizim kəndlilər o qədər qazanc əldə edə bilmirlər ki, növbəti ilə müəyyən qədər maliyyə resursları saxlasınlar".

V.Məhərrəmli son vaxtlar məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə diqqət çəkir: "Buna səbəb yalnız təbii amillər deyil, toxumun keyfiyyətinin və fermerlərin maarifləndirilməsinin aşağı olmasıdır".

Dilqəm Əsgərov: 'Mənə çatacaq 1 milyonacan pulu basıb yeyiblər'
Gözlə

No media source currently available

0:00 0:06:58 0:00

"Hər iki halda fermer ziyana düşəcək"

Ekspert vurğulayıb ki, bəzi məhsullar üzrə subsudiyaların torpağın hər hektarına görə yox, yığılan məhsulun çəkisinə uyğun verilməsi ilə bağlı qərardan sonra həmin məhsullar üzrə fermerlər yetərli subsidiyalar ala bilməyəcəklər: "Çünki məhsuldarlıq bu il aşağı düşüb".

Onun sözlərinə görə, dizel yanacağının və kommunal xidmətlərinin qiymətinin artması fermerlərin xərclərini də artırır: "Fermer həmin vəsaiti nəyinsə hesabına kompensasiya etməlidir. O, ya istehsal etdiyi məhsulun istehsal xərcini azalmalıdır, - bu da məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinə gətirib çıxaracaq, - ya da istehsal etdiyi məhsulun qiymətini artırmalıdır. Bu da məhsulun az satılmasına və xarab olmasına gətirib çıxara bilər. Hər iki halda fermer ziyana düşəcək".

XS
SM
MD
LG