Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:14

Ermənistan Türkiyəni Azərbaycanla bağlı yeni şərtlər qoymaqda ittiham edir


Ararat Mirzoyan, arxiv foto

Nazir müsahibəsində deyib ki, Qarabağ bölgəsi uğrunda gedən döyüşlərdə Azərbaycana "böyük Türk dəstəyinə" baxmayaraq, Ermənistan Ankara ilə normallaşmaya hazırdır.

Ermənistanın xarici işlər naziri qonşu Türkiyəni iki ölkə arasında münasibətlərin normallaşması üçün “yeni şərtlər” qoymaqda ittiham edib.

Bu məsələdən Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın noyabrın 20-də Fransanın “Le Figaro” qəzetindəki dərc olunan müsahibəsində söz açılır.

Erməni nazir müsahibəsində deyib ki, 2020-ci ildə Dağlıq Qarabağ bölgəsi uğrunda gedən döyüşlərdə Azərbaycana "böyük Türk dəstəyinə" baxmayaraq, Ermənistan Ankara ilə normallaşmaya hazırdır.

"Biz Türkiyədən dialoqun yenidən açılması üçün müsbət siqnallar almışıq, lakin bu, mürəkkəb olaraq qalır", - xarici işlər naziri bildirib.

Nazir deyib ki, "Ankara yeni şərtlər qoyur. Onların arasında Azərbaycanı Naxçıvanla birləşdirən "dəhliz" var".

Naxçıvana çıxış da daxil olmaqla bölgədə nəqliyyat əlaqələrinin açılması Rusiyanın vasitəçiliyi ilə keçən il Azərbaycan və Ermənistan arasında 44 günlük döyüşlərə son qoyan sazişin tərkib hissəsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan problemlərin həlli üçün “dəhliz məntiqi”ni rədd edir, Mirzoyan isə “Le Figaro”ya deyib ki, “ərazidənkənar” dəhliz tələbindən söhbət gedə bilməz.

Sərhəddə toqquşmalar: Bakı və Yerevandan ekspertlər durumu şərh edirlər
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

“Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər. Bölgədəki bütün nəqliyyat əlaqələri yenidən açılmalıdır”.

Türkiyə uzun müddət Azərbaycanın əsas regional müttəfiqi olub və Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyinə görə Ermənistanla sərhədini təxminən otuz il ərzində bağlı saxlayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Həmin vaxt Azərbaycan tərəfdən 16 min şəxsin həlak olduğu, 4 min şəxsin isə itkin düşdüyü bildirilir.

ATƏT-in Minsk qrupu uzun müddət münaqişənin sülhlə tənzimlənməsi üçün vasitəçilik edir.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG