Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 09:48

Ekspertlər ‘Erdoğanın Şuşaya səfəri nə deməkdir’ sualına necə cavab verirlər


Azərbaycanla Türkiyə müttəfiqlik bəyannaməsi imzaladı, Şuşada Türkiyənin konsulluğu da açılır
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Azərbaycanla Türkiyə müttəfiqlik bəyannaməsi imzaladı, Şuşada Türkiyənin konsulluğu da açılır

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın iyunun 15-də Şuşaya səfəri sonuncu Qarabağ müharibəsi ilə azad edilmiş Azərbaycan ərazilərinə ilk xarici dövlət səfəridir.

Türkiyənin Kahramanmaraş Sütçü İmam Üniversitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Toğrul İsmayıl deyir ki, bu səfər elə Türkiyənin müharibə boyunca Azərbaycana verdiyi siyasi-diplomatik dəstəyin davamıdır:

“Türkiyə dünyaya göstərir ki, Azərbaycanı dəstəkləməkdən vaz keçməyib”.

Toğrul İsmayıl deyir ki, Erdoğanın bu səfəri daha çox Avropa İttifaqının bəzi üzvlərini qıcıqlandıra bilər. Onun fikrincə, Moskva Erdoğanın səfərindən ən az narahat olacaq tərəfdir:

“Bu məsələ daha çox Fransa kimi, Avropa İttifaqının mövzusunu bilmədən fikir yürüdən üzvlərinə qarşı yönəlib”.

“Bundan sonra Türkiyə regionda sülhün təmin olunması üçün rol oynaya bilər”

Ankara Siyasət Mərkəzinin şərhçisi Orxan Qafarlı isə hesab edir ki, keçən il Qarabağ müharibəsində Azərbaycana mühüm siyasi dəstək verən Türkiyənin, bundan sonra münaqişənin həllində rolu bir sıra amillərlə bağlıdır:

“Bundan sonra Türkiyə regionda sülhün təmin olunması üçün rol oynaya bilər, amma bu, Ermənistandakı seçkidən və bölgədə kommunikasiya xətləri açılmasından sonra mümkündür”.

Ərdoğanın Şuşa səfəri nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Orxan Qafarlı əlavə edir ki, Türkiyə bundan sonra yekun sülh müqaviləsinin imzalanmasında da rol oynaya bilər. O deyir ki, Türkiyənin Qarabağla yeni əlaqələri də yaranıb:

“Qarabağın inşasında Türkiyənin mühüm rolu var. Bölgənin yenidən qurulmasında rolu var”.

Orxan Qafarlı bildirir ki, Erdoğan ilk Türkiyə prezidentidir ki, Dağlıq Qarabağa səfər edir və bu da simvolik məna daşıyır.

Şuşa keçmiş Dağlıq Qarabağ vilayətinə aid, Azərbaycanın tarixi şəhəridir, mədəniyyət mərkəzidir. Ermənistanda bəzi revanşist qüvvələr Şuşanı yenidən ələ keçirməyə çağırışlar səsləndirirlər.

Türkiyə Şuşada konsulluq açacaq
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Xatırlatma

Azərbaycanla Ermənistan arasında keçən il başlayan müharibə noyabrın 10-da atəşkə razılaşması ilə başa çatıb.

Rusiyanın vasitəçiliyi ilə əldə olunan bu razılaşmaya görə Azərbaycanın işğal altında olan rayonlarından erməni qüvvələri çıxarılıb.

Qarabağda erməni yaşayış məskənləri ilə Azərbaycan ordusu arasına isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan sonra Azərbaycan əsgərləri Ermənistanla dövlət sərhədini bərpa etməyə başlayıblar.

1990-cı illərin əvvəlində bu əraziləri erməni qüvvələri işğal etdiyində orada dövlət sərhədini bərpa etmək mümkün olmamışdı. Bu üzdən tez-tez tərəflər arasında mübahisə yaranır.

XS
SM
MD
LG