Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:31

Əfqanıstandakı türk məktəbləri qızları da qəbul edirlər


Türkiyə fondu qəbul imtahanlarını Taliban hökumətinin 13 yaşlı qızların məktəblərə qayıtmasına dair qərarını gözləmədən keçirib

Əfqanıstanda yüzlərlə qız paytaxt Kabildə mənzillənən Türkiyə fondunun məktəblərinə qəbul imtahanları veriblər.

Reuters agentliyi bildirir ki, Türkiyə fondu qəbul imtahanlarını Taliban hökumətinin 13 yaşlı qızların məktəblərə qayıtmasına dair qərarını gözləmədən keçirib.

Əfqan-Türk Məktəb Sistemi fondunun Əfqanıstanda bir neçə çox nüfuzlu məktəbləri var.

Məktəb rəsmilərindən Reza Parsa deyib ki, yüksək müsabiqəli bu məktəblərə qəbul imtahanı verən 3500 yeniyetmənin 40 faizini qızlar təşkil edirlər.

Türkiyənin Kabildəki səfirliyinin təhsil attaşesi Çangez İdmir qəbul imtahanlarına həsr edilmiş mətbuat konfarnsında deyib:

"Biz istəyirik ki, bütün qızlar təhsil alsınlar. Bu, bizim prezidentimizin, hökumətimizin və əfqanların arzusudur”.

Musiqi və rəqs dərsləri keçilmir

Beynəlxalq təzyiqlərlə üzləşən Taliban bildirib ki, İslam qaydalarına uyğun təhsil şəraiti yaratdıqdan sonra yeniyetmə qızların məktəblərdə oxumasına icazə verəcək.

Reuters yazır ki, əfqan-türk məktəbləri Əfqanıstanda böyük nüfuza sahibdir və onlara qəbulda böyük müsabiqə var.

Taliban milli təhsil sistemi üzərində işi davam etdirdiyini bildirsə də, ölkədə yeniyetmə və gənc qızlar qeyri-rəsmi qaydada məktəblərə qayıdırlar.

Maraqlıdır ki, sözü gedən qəbul imtahanları mərasimində Taliban hökumətinin təhsil naziri Ehsan Xateb də iştirak edib və Türkiyə hökumətinə minnətdarlığını bildirib.

Bununla belə, Türkiyə Təhsil Fondunun rəhbəri Salleh Sağar Reuters-ə deyib ki, əfqan-türk məktəblərində Taliban hökumətinin ricaslı ilə musiqi, dram və rəqs dərsləri keçilmir.

O əlavə edib ki, fond ev sahibi olan ölkənin qayda və mədəniyyətinə ehtiram nümayiş etdirir.

Sağar bildirib ki, Taliban hökuməti icazə versə, musiqi və rəqs dərsləri bərpa oluna bilər.

XS
SM
MD
LG