Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 06:45

Çin koronavirusun mənşəyinin öyrənilməsinə dair təklifi rədd edir


Vuhan mərkəzi xəstəxanası

Çin iyulun 22-də Dünya Səhiyyə Təşkilatının (DST) koronavirusun mənşəyinin tədqiqatına dair ikinci fazanın keçirilməsi ricasını rədd edib.

Bu tədqiqatda habelə virusun potensial olaraq laboratoriyadan sızması versiyası da araşdırılır.

Reuters yazır ki, DST bu ay Çində koronavirusun mənşəyinin öyrənilməsi üçün tədqiqatın ikinci fazasının keçirilməsini təklif etmişdi.

Bu fazada Vuhan şəhərindəki virusologiya laboratoriyası və heyvan bazarının təftişi nəzərdə tutulur.

Lakin Çin rəsmiləri virusun laboratoriyadan sızması versiyasını qətiyyətlə yaxın qoymurlar. Çin səhiyyə nazirinin müavini Jenq Yiksinq deyib:

"Biz belə bir mənşə axtaran və sağlam düşüncəni və elmi inkar edən planı qəbul etməyəcəyik”.

Jenq deyib ki, o DST-nin planını ilk dəfə oxuyarkən sarsılıb. Çünki burada Çinin labotaroriya protokollarını və təhlükəsizlik qaydalarını pozduğuna dair versiya da var.

Çin ilkin materialları vermir

DST-nin baş katibi iyulun əvvəllərində demişdi ki, Çində COVID-19 pandemiyasının mənşəyinin araşdırılmasına virusun ilkin yayılmasına dair xam materialın olmaması maneçilik törədir.

Çin isə bu materialı verməkdən boyun qaçırır. Jenq deyib ki, bu informasiyalardan bəzisi şəxsi məlumatlar olduğuna görə paylaşıla bilməz.

"Biz ümid edirtik ki, DST Çin ekspertlərinin nəticə və təkliflərini ciddiliklə yenidən nəzərdən keçiriəcək və COVID-19 virusunun mənşəyinin araşdırılmasına siyasi müdaxilə yox, elmi baxımdan yanaşacaq”.

Çin bu məsələnin siyasiləşdirilməsinə qarşı olduğunu bildirir.

Amma eyni zamanda virusun mənşəyi də ekspertlər arasında mübahisəli qalmaqda davam edir.

Koronavirusa ilk yoluxmalar 2019-cu ilin sonlarında Çinin Vuhan şəhərində aşkar edilib.

Virusun insanlara elə bu şəhərdəki diri heyvan bazarında heyvanlardan yoluxduğuna inanılır.

Çin deyir ki, başqa ölkələr də araşdırılsın

Ötən may ayında ABŞ prezidenti Co Bayden köməkçilərinə koronavirusun mənşəyinə dair suallara cavab tapmağı tapşırmışdı.

ABŞ kəşfiyyatının apardığı çoxşaxəli təhqiqat versiyalarından biri də virusun elə Vuhan şəhərindəki virusologiya laboratoriyasından yayılmasına aiddir.

Jenq və başqa Çin ekspertləri mətbuat konfransında DST-ni virusun laboratoriyadan yayılma versiyasının Çinin sərhədlərindən kənarda araşdırılmasına çağırıblar.

DST-dəki Çin nümayəndə heyətinin başçısı Lyanq Vanian deyib:

"Biz inanırıq ki, laboratoriyadan sızma variantı son dərəcə ağlabatan deyil və bu versiyaya bu qədər enerji və pul xərclənməsinə dəyməz”.

Bununla belə Lianq deyib ki, laboratoriyadan sızma variantı tamamilə istisna edilə bilməz. Lakin o əlavə edib ki, virusun ilkin yayılması versiyasını yarasaların populyasiyası olan başqa ölkələrdə də araşdırmaq lazımdır.

DST Çinə hələ 2002-də xəbərdarlıq etmişdi

Koronavirusun laboratyoriyadan sızması versiyası barədə söz-söhbət pandemiyanın başlanğıcından bəri dövriyyə edir.

Bu versiyaya inananlar diqqəti virusologiya laboratoriyasının məhz epidemiyanın başladığı Vuhan şəhərində olmasına çəkirlər.

Bu laboratoriyada kornavirus tipli virusların tədqiq olunduğu məlum idi.

Burası da var ki, virusun laboratoriyadan sızması avtomatik olaraq onun süni şəkildə yaradıldığını iddia etmir.

Bu virus təbiətdə ola və laboratoriyada araşdırıla bilərdi. 2002-2003-cü illərdə atipik pnevmoniya epidemiyaları yayılandanda DST Çindəki biolaboratoriyaların təhlükəsiziliyindəki qüsurlara diqqət çəkmişdi.

Virusun yayılması ilə bağlı insidentlər başqa ölkələrin laboratoriyalarında da baş verir.

Pandemiyanın lap əvvəllərində

May ayında The Wall Street Journal qəzeti ABŞ kəşfiyyatının hesabatına istinadən yazırdı ki, hələ 2019-cu ilin noyabrında sözü gedən Vuhan laboratoriyasında üç elmi işçi koronavirusun ağır formasına tutulmuşdular. Fox telekanalı isə bildirirdi ki, ilk COVID-19 pasienti də həmin laboratoriyanın işçisi olub.

Şübhələri bir qədər də artıran Çin hakimiyyət orqanlarının pandemiyanın əvvəllərində uzun müddət bu barədə xəbər verməməsi, informasiyanı gizlətməyə çalışması idi.

Bundan başqa Çin DST-nin ekspertlər qrupunun ölkəyə gələrək virusun mənşəyini öyrənməsinə uzun müddət icazə verməmişdi.

Hətta indi də Çin tərəfi ilk yoluxmalar barədə sənədləri verməkdən imtina edir. Çin XİN bildirir ki, ABŞ-ın virusun laboratoriyadan yayılmasına dair sübutları yoxdur.

Bir ara Çin rəsmiləri virusun Çinə xaricdən dondurulmuş ət məhsulları ilə gətirilməsi versiyasını ortaya atmışdılar.

XS
SM
MD
LG