Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

BMT məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasına baxır


Beynəlxalq Ədalət Məhkəməsi

Azərbaycan tərəf də oxşar iddia qaldırıb, Ermənistanı azərbaycanlılara qarşı diskriminasiyada suçlayır və məhkəmədən təcili tədbirlər görməyi xahiş edib

Ermənistan Azərbaycanı ciddi insan haqları pozuntularında ittiham edir. Haaqada yerləşən BMT məhkəməsi oktyabrın 14-də Ermənistanın iddiasına baxmağa başlayıb.

Ermənistanın təmsilçisi Yegişe Kirakosyan bu ittihamı Beynəlxalq Ədalət Məhkəməsində başlayan dinləmədə səsləndirib. İddiada Azərbaycanın etnik ayrıseçkiliyin ləğvini nəzərdə tutan beynəlxalq konvensiyanı pozmasını önləmək üçün təcili tədbirlər görülməsi istənilir.

İddia ötənilki 44 günlük Dağlıq Qarabağ müharibəsindən qaynaqlanır. Müharibədə ümumilikdə 6 min 600-dən çox insan həlak olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Kirakosyan deyib ki, Ermənistan məhkəmənin müharibənin kökləri barədə qərar çıxarmasını istəmir, “etnik ermənilərə qarşı zorakılıq və nifrətin qarşısının almağa və yoluna qoymağa çalışır”.

Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəmədə çıxış edərək Ermənistanı “qeyri-dəqiq mənzərə” yaratmaqda suçlayıb, ölkəsinin Dağlıq Qarabağdakı hərəkətlərini müdafiə edib.

Azərbaycan tərəf də oxşar iddia qaldırıb, Ermənistanı azərbaycanlılara qarşı diskriminasiyada suçlayır və məhkəmədən təcili tədbirlər görməyi xahiş edib.

Azərbaycanın iddiası üzrə dinləmələr oktyabrın 25-də başlanacaq. Hər iki iddia üzrə qərar bir neçə həftəyə gözlənir.

İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın iddia olunan pozuntuları üzrə qərarların qəbulu isə illərlə çəkə bilər.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəsə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG