Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:06

Belarus 600 iraqlını ölkəsinə yola salıb


Belarus-Polşa sərhədində miqrantların etirazı

Noyabrın 18-də ümumilikdə 431 miqrant Minskdən yola salınıb

Bir neçə həftədir Belarus-Polşa sərhədində qalmış 600-cən iraqlının noyabrın 26-da ölkəsinə qayıtdığı bildirilir. Məlumatı İraq hökuməti və muxtar kürd regionunun rəsmiləri verib.

Ötən həftə Belarus yüzlərlə iraqlını repatriasiya etmişdi. Bir neçə həftədir minlərlə miqrant şaxtalı havada gecələyir.

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Sahaf deyib ki, 617 vətəndaş Belarus paytaxtından çıxan İraq Hava Yolları reysləri ilə könüllü repatriasiya olunub.

Təyyarələr noyabrın 26-da gecə kürd regionunun paytaxtı Ərbilə enib.

Noyabrın 18-də ümumilikdə 431 miqrant Minskdən yola salınıb. Təyyarə Ərbildə eniş edəndən sonra paytaxt Bağdada uçub.

Lukaşenka ittihamları rədd edir

Avropa Birliyi Belarusu idarə edən Alyaksandr Lukaşenkanı Yaxın Şərqdən miqranları sərhədə yığmaqda ittiham edir. Bunun AB-nin sanksiyalarına cavab olaraq həyata keçirildiyi deyilir. Lukaşenka ötən il onun prezident seçilməsinə etiraz edənlərə zorakılıqda divan tutandan sonra sanksiyalar tətbiq olunub.

Son aylar sərhəddə azı 11 miqrantın öldüyü xəbər verilir.

Polşa daxil olmaqla qonşu ölkələri sərhədi möhkəmləndiriblər.

Bu arada AB Belarusa bloka qarşı miqrantlar vasitəsilə “hibrid hücum”a görə sanksiyaların üçüncü paketini hazırlayır.

1994-cü ildən hakimiyyətdə olan Lukaşenka BBC-yə müsahibəsində miqrantları böhran yaratmaq məqsədlə sərhədə cəlb etdiyini inkar edib.

XS
SM
MD
LG