Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:27

Bakı 10 erməni hərbçisini Yeravana verib...


Arxiv foto

Rəsmi məlumata görə, 10 erməni hərbçisi noyabrın 16-da sərhəddin Kəlbəcər istiqamətindəki silahlı toqquşmada saxlanılan hərbçilərdir.

Dekabrın 4-də Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Bu barədə rəsmi dövlət agentliyi Azərtac Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadla məlumat yayıb.

"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, təhvil verilmiş şəxslər noyabrın 16-da Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb".

Məlumatda həm də xatırladılır ki, "humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə - noyabrın 26-da erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verib".

Qeyd olunur ki, "aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib".

Xəbərdə minalanmış ərazilərin xəritələrinin əldə olunmasına görə Rusiyanın Müdafiə Nazirliyinə təşəkkür edilir.

“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd olunub.

XS
SM
MD
LG