Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:22

ABŞ-da Omikrona ilk yoluxma aşkarlanır


Arxiv fotosu

Kaliforniyada yaşayan şəxs “2021-ci il noyabrın 22-də Cənubi Afrikadan qayıdıb”

Birləşmiş Ştatlarda COVID-19-un Omikron ştammına ilk yoluxma aşkarlanıb. Məlumatı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) yayıb.

Kaliforniyada yaşayan şəxs “2021-ci il noyabrın 22-də Cənubi Afrikadan qayıdıb”.

Mövcud peyvəndlər COVID-19-un yeni növünə də təsir edə bilir
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Təmasda olanlarda mənfi nəticə

“Tam peyvənd olunmuş bu şəxsdə yüngül simptomlar var, yaxşılaşır və testi müsbət çıxandan özünü təcrid edib. Onunla təmasda olanların hamısında test mənfi çıxıb”, – CDC bildirib.

“Bilirdik ki, yeni ştammın ABŞ-da tapılması zaman məsələsidir”, – hökumətin yoluxucu xəstəliklər üzrə baş eksperti Entoni Fauçi Ağ evdə jurnalistlərə deyib.

Ötən həftə Cənubi Afrikada aşkarlanandan bəri 20-dən çox ölkədə qeydə alınmış Omikron haqda çox şey bəlli deyil. Səhiyyə ekspertləri bu ştammın yüksək yoluxucu olduğunu desələr də, onun Delta ştammı ilə müqayisədə xəstəliyi ağırlaşdırması, yaxud vaksinlərdən daha yaxşı yayına bilməsindən əmin deyillər.

Ehtimallar

Fauçi bu ştammın mutasiyalarının onun daha yoluxucu ola, yaxud vaksindən yayına bilməsi ehtimalına yol açdığını, amma bunu söyləmək üçün hələ tez olduğunu söyləyib. O, adamları qapalı məkanlarda maska taxmağa, buster doza vurmağa çağırıb.

Birləşmiş Ştatlar daxil onlarla ölkə Afrikanın cənubundakı ölkələrdə uçuşları qadağan edib. Dünya Səhiyyə Təşkilatı (DST) isə belə qadağaların səmərəsiz olduğunu açıqlayıb.

ABŞ-da Prezident Co Bayden administrasiyası okeanın bu tayından gedən səyahətçilər üçün test qaydalarını sərtləşdirib. Səyahətçilərdən uçuş günü test vermək tələb olunur. Ölkəyə gələndən sonra məcburi test qaydası nəzərdən keçirilir.

Rəsmilər deyirlər ki, istənilən tədbir ölkənin yeni ştamm haqda daha çox şey öyrənərək uyğun tədbirlər görməsi üçün “vaxt qazandıracaq”.

XS
SM
MD
LG