Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:50

Məhkəmədən çıxıb, məhkəməyə gedən bloqer


Cəlil Zabitov, arxiv foto

Yardımlı rayon sakini, müəllim, bloqer Cəlil Zabitov deyir ki, haqlı tənqidlərə görə, başı dərddədir. 35 yaşlı bloqer ötən ilin mayında Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə 5 ay azadlıqdan məhrum edilib. Cəza ötən ilin oktyabrın 22-də başa çatıb.

Cəlil Zabitovun Yardımlı Rayon İcra Hakimiyyəti Başcısının birinci müavini Azər Xamiyevlə, başcının müavini Mahir Mirzəyevlə də məhkəmə çəkişməsi olub. O, facebookda tənqidçi səhifə olan “Korrupsiyaya yox de” səhifəsinin aktiv iştirakçısı idi.

“ Məni susdurmaq istəyirlər ”

“Yardımlı dağ rayonudur. Burda insanların problemləri çoxdur. Vətəndaşlar dəvət edirlər, çəkirəm və yayıram. Bu da kimlərinsə xoşuna gəlmir. Öz adamlarını öyrədirlər, məhkəməyə verirlər, üzümə dururlar. Çoxlu məhkəmədən keçmişəm, bir məhkəmə içindəyəm, bir məhkəmə də növbədədir. Bu yolla məni susdurmaq istəyirlər.”, deyə bloqer vurğulayır.

“Ya hakimiyyətin qulu olmalısan,...”

O deyir ki, heç bir günahı olmadan 5 ay həbsdə yatıb:

“21 may 2020-ci il tarixdə 6 yalançı şahid üzümə durdu, məni 5 ay azadlıqdan məhrum etdilər. Həbsxanada yatdım, çıxdım. İndi də bir jurnalist məni məhkəməyə verib. Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə cinayyət işi açılıb. Bu məhkəmə çəkişməsi 8 aydır ki, davam edir. Güya kiməsə böhtan atmışam. Bu ilin aprelin 7-də Astara Rayon Məhkəməsi mənə bir il islah işləri təyin etdi. Görəsən iki nəfərin telefon danışığı haçandan cinayət işi olub? Ya hakimiyyətin qulu olmalısan,ya da hakimiyyət sənin həyatını puç edəcək. ”

Onun dediyinə görə Astara Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vercək:

“Məhkəmlər həm vaxtımı aparır, həm də külli miqdarda vəsait istəyir.”

“Mənim haqqımda yalan, böhtan xarakterli məlumat verib”

Məhkəmə zalı
Məhkəmə zalı

Cəlil Zabitovu məhkəməyə verən Ümid TV-nin ( internet televiziyasi) xüsusi müxbiri Əkbər Sadiyev isə deyir ki, ona böhtan atıblar:

“Cəlil Zabitov AB TV-nin ( internet televiziyasi) müxbiri ilə danışanda mənim haqqımda yalan, böhtan xarakterli məlumat verib. Güya mən heyvan oğrusuyam, icra hakimiyyəti ilə əlbir olmuşam. Məni olmayan cinayətdə ittiham edib. Mən 15 gün zəng etmişəm ki, sənin sübutun var, ya yoxdur? Demişəm ki, sübutun yoxdursa çıxart onu verilişdən, yalandır. AB TV-yə də demişəm ki, siz məni cinayətdə ittiham edirsiz .Qarşı tərəfin mövqeyini öyrənmsiz ya yox?”

Əkbər Sadıyevin deməsinə görə, şikayət etdiyi şəxs hələ də onu şərləməkdə davam edir:

“Yardımlıda həkim çatışmazlığından məlumat vermişəm. O isə yazır ki, güya məni xəstəxanada koronavirusa görə peyvənd eləmədikləri üçün bunu vermişəm. Halbuki, mənə peyvəndi ondan əvvəl ediblər. Kağızını da almışam...Rayonda doğurdan da həkim çatışmazlığı var.”

XS
SM
MD
LG